AZƏRBAYCAN » MEDİA
31 Yanvar 2019, 10:58 (GMT +4)

SalamNews-un əməkdaşı “Gənclərin Dostu” Milli Mükafatına layiq görülüb

Bakı, 31 yanvar, SalamNews. Azərbaycan Gənclər Mərkəzi İctimai Birliyi 2 Fevral-Gənclər günü münasibəti ilə “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi təşkil edib.

SalamNews xəbər verir ki, Gənclər Mərkəzinin sədri Kənan Qubadzadə tədbiri açaraq bildirib ki, Mükafat təşkilat komitəsinin qərarı ilə keçirilən sorğu nəticəsində müxtəlif sahələrdə çalışan şəxslərə və gənclərə xüsusi qayğı göstərən, əhalinin sosial rifah halının yaxşılaşdırılmasına önəm verən, xeyriyyəçilik edən, ictimai-siyasi həyatda fəal iştirak edənlərə təqdim edilib.

Həmçinin, təşkil edilən tədbirdə Gənclər Mərkəzi Ictimai Birliyinin nəznində "Azərbaycan Gənc Sahibkarlar Klubu"nun yaradılması elan edilib. 

Klubunun kordinatoru Anar Sarıyev və Elvin Hüseynov çıxış edərək tədbir iştirakçılarını 2 Fevral  Gənclər Günü münasibəti ilə təbrik edib, onlara uğurlar arzulayıb. Daha sonra klubun gələcək fəaliyyəti barədə dolğun məlumat verilib.

Tədbirin sonunda mükafat sahiblərinə təqdim edilib. Mükafat alanlar arasında SalamNews İnformasiya Agentliyinin əməkdaşı Orxan Kərimov da olub.