AZƏRBAYCAN » CƏMİYYƏT
04 Fevral 2019, 17:57 (GMT +4)

“Gənclərin İnkişaf və Karyera Mərkəzi” gənclərin ixtiyarına verilib

Bakı, 4 fevral, SalamNews. Azərbaycan Respublikasının Gənclər Fondunun maddi texniki bazası əsasında yaradılan “Gənclərin İnkişaf və Karyera Mərkəzi”nin açılış mərasimi baş tutub.

Fonddan SalamNews-a verilən məlumata Azərbaycan Gəncləri Gününə təsadüf edən tədris mərkəzinin açılışında, gənclər təşkilatlarının rəhbərləri və Gənclər Fondundan qrant almış ictimai fəal gənclər iştirak etmişlər.Tədbirinrəsmi açılış hissəsində çıxış edən Gənclər Fondunun rəhbərliyi qonaqları salamlamış və gələcəkdə Mərkəzin fəaliyyətinə uğurlar arzulamışdır.

Açılış mərasimində iştirak edən gənclər təşkilatlarının rəhbərləri çıxış etmişlər. Daha sonra Mərkəzin rəhbəri öz çıxışında Təhsil Mərkəzinin fəaliyyət isiqamətləri o cümlədən gələcəkdə həyata keçiriləcək layihələr haqqında qonaqlara ətraflı məlumat vermişdir.Sonda gənclərin marağına səbəb olan əyləncəli viktorina təşkil edilib.