AZƏRBAYCAN » İQTİSADİYYAT
16 Fevral 2019, 16:56 (GMT +4)

AZPROMO: Cənubi Koreyaya ixrac missiyası təşkil ediləcək

Bakı, 16 fevral, SalamNews. Azərbaycan bu il mayın 20-25-də Cənubi Koreyanın paytaxtı Seula ixrac missiyasını təşkil edəcək.

SalamNews-un məlumatına görə, artıq İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) missiyada iştirak üçün sənəd qəbulu elan edib.

Qida məhsulları, içkilərlə məşğul olan sahibkarlar Fonda müraciət edə bilərlər.

İxrac missiyasında iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqənin təşkilatçısı AZPROMO-dur.