AZƏRBAYCAN » MEDİA
21 Fevral 2019, 10:38 (GMT +4)

"Metbuat.az" 2 yaşını qeyd edir

Bakı, 21 fevral, SalamNews. Azərbaycan mediasına özünə məxsus yeri olan "Metbuat.az" müstəqil informasiya agentliyi bu gün 2 yaşını qeyd edir.

SalamNews xəbər verir ki, saytı fəaliyyət göstərdiyi 2 il ərzində geniş oxucu kütləsi qazanıb. 

Portalda hazırda hər gün müxtəlif sahələri əhatə edən xəbər, müsahibə, reportaj, köşələr dərc olunur. Hər zaman dövlətçilik prinsiplərindən çıxış edən Metbuat.az çoxsaylı oxucuların etimadını qazanıb.

Hazırda Metbuat.az "Facebook", "Twitter", "Instagram", "Youtube" və "Metbuat.tv" kimi sosial media platformalarında da təmsil olunur.

SalamNews İnformasiya Agentliyinin kollektivi portalın bütün əməkdaşlarını təbrik edir, yeni yaradıcılıq uğurları arzulayır!