MDB ÖLKƏLƏRİ » SİYASƏT
21 Fevral 2019, 17:55 (GMT +4)

Nazarbayev Qazaxıstan hökumətinin istefasını açıqlayıb

Bakı, 21 fevral, SalamNews. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qazaxıstan hökumətini istefaya göndərmək niyyətində olduğunu bildirib. Bu barədə SalamNews "İnterfaks"a istinadən xəbər verir.

"Bu gün ölkəmiz üçün əhəmiyyətli bir qərar qəbul edirəm. Hesab edirəm ki, hökumət istefaya getməlidir" - deyə Nazarbayevin dövlət başçısının saytında dərc edilən açıqlamasında deyilir.

"Yeni hökumət həyat səviyyəsini yüksəltmək, iqtisadiyyatı stimullaşdırmaq, strateji məqsədləri həyata keçirmək üçün effektiv addımlar atmalıdır", - prezident deyib.