AZƏRBAYCAN » İQTİSADİYYAT
22 Fevral 2019, 15:55 (GMT +4)

Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli olacaq

Bakı, 22 fevral, SalamNews. Cari ilin sonuna kimi Ələt-Astara yolunun 172 kilometrlik hissəsi ödənişli yol kimi istifadəyə veriləcək.

SalamNews xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov deyib.

Onun sözlərinə görə, Ələt–Astara yolunun təməli qoyulanda yolun ödənişli olması nəzərə alınmayıb. Lakin həmin istiqamətdə alternativ yol olduğundan düşündük ki, gələcəkdə sözügedən yolun ödənişli olması yaxşıdır.