DÜNYA » SİYASƏT
28 Fevral 2019, 12:20 (GMT +4)

Mahmud Abbas Moskvada İsrail rəhbərliyi ilə üçtərəfli görüşə hazırdır - rəsmi

Bakı, 28 fevral, SalamNews. Mahmud Abbas, əgər Rusiya prezidenti Vladimir Putin təklif edərsə Moskvada İsrail rəhbərliyi ilə üçtərəfli görüşə hazırdır. 

SalamNews-un xəbərinə görə, bunu Fələstin Prezidentinin mətbuat katibi Nabil Abu Rudeine açıqlayıb.

Onun sözlərinə görə, Moskvaya səfəri və Putinlə görüş ərəfəsində Fələstin lideri razılarsa onunla  görüşməyə hazır olduğunu söyləyən İsrail Baş naziri Binyamin Netanyahunun bəyanatı reallığı əks etdirmir: "Prezident Putin daha əvvəl Moskvada Netanyahu ilə görüşmüşdü və prezident (Mahmud Abbas - ed) iştirak etməyə razılaşmışdı, ancaq Netanyahu bundan boyun qaçırdı".