MDB ÖLKƏLƏRİ » SİYASƏT
01 Mart 2019, 17:04 (GMT +4)

Nazarbayev keçmiş baş naziri Qazaxıstanın dövlət katibi təyin edib

Bakı, 1 mart, SalamNews. Qazaxıstan prezidenti Nursultan Nazarbayev daha əvvəl hökumətə rəhbərlik edən Bakıtjan Saqintayevi ölkənin dövlət katibi təyin edib.

"Saqintayev Bakıtjan Abdiroviçi Qazaxıstan Respublikası dövlət katibi təyin edilib", - Nazarbayev administrasiyasının mətbuat xidmətinin məlumatında deyilir.

SalamNews-un "RT"yə istinadən verdiyi xəbərə görə, fevralın 25-də Nazarbayev hökuməti formalaşdırmaq istiqamətində bir sıra sərəncamlar imzalayıb.