AZƏRBAYCAN » İDMAN
07 Mart 2019, 18:20 (GMT +4)

Cəlilabadda kunq-fu üzrə “Cənub” idman klubu fəaliyyətə başlayıb

Bakı, 7 mart, SalamNews.Azərbaycan Kunq-fu Federasiyası (AKFF) idmanın bu növünün regionlarda inkişafı üçün ardıcıl tədbirləri davam etdirir.

Federasiyadan SalamNews-a bildiriblər ki, görülən tədbirlər çərçivəsində Cəlilabad rayonunun Göytəpə şəhərində “Cənub” idman klubu fəaliyyətə başlayıb.

Açılış mərasimində federasiyanın rəhbərliyi və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Respublikamızda idmanın inkişafına göstərilən diqqət və qayğı nəticəsində bölgələrdə idman zalları açılır, yeniyetmə və gənc idmançıların yetişməsi üçün peşəkar məşqçilər dəvət olunur.

Məşqlərə respublika dərəcəli hakim, dünya çempionatının mükafatçısı, Azərbaycan çempionu Elvin Mustafayev rəhbərlik edir.