DÜNYA » SİYASƏT
11 Mart 2019, 11:53 (GMT +4)

Mahmud Abbasın yeni hökuməti fələstinlilər tərəfindən birmənalı qarşlanmayıb

Bakı, 11 mart , SalamNews, B.Samid.  Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas yeni hökumətin təsisi haqda göstəriş verib. Məhəmməd Əştiyyənin baş nazir olacağı hökumət digər fələstinli hərəkatlar tərəfindən birmənalı qarşılanmayıb.

SalamNews  əl-Aləmə istinadla xəbər verir ki, Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas baş nazir Məhəmməd Əştiyyəyə hökumətin təşkili üçün 3 həftə vaxt verib.

Buna ilk mənfi reaksiya HƏMAS-dan gəlib.

HƏMAS-ın sözçüsü Fövzi Bərhum bildirib ki, onlar bu hökuməti , milli sazişdən kənar təşkil edildiyinə görə qəbul etməyəcəklər.

HƏMAS bildirib ki, Fələstində (işğal altında olan İordan çayının qərb sahili bölgələri və mühasirədə olan Qəzza) qurulacaq hökumət ümumxalq seçkilər yolu ilə təyin edilməlidir.

Qeyd edək ki, Fələstində yeni hökumətin baş naziri Məhəmməd Əştiyyə də ilk mətbuat konfransında Qəzza zolağının legitimliyin nəzarətinə keçməsinin zəruriliyindən danışaraq HƏMAS-a xəbərdarlıq mesajı verib.