DÜNYA » SİYASƏT
15 Mart 2019, 15:45 (GMT +4)

İngiltərədəki məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı, 15 mart, SalamNews. Yeni Zelandiyada baş verən terror aktından sonra sonra İngiltərədəki məscidlərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

SalamNews  RT-yə istinadən xəbər verir ki, bu barədə Britaniyanın terrorla mübarizə polisinin rəhbəri Neil Basu məlumat yayıb.

“Yeni Zelandiyada baş verən hadisədən sonra Britaniya məscidlərində təhlükəsizlik tədbirləri gücləndirəcək”, Basu qeyd edib.

15 martda Yeni Zelandiyada iki məsciddə baş verən terror aktı nəticəsində 49 nəfər ölüb, təxminən 50 nəfər yaralanıb.

Cinayət işi çərçivəsində dörd nəfər saxlanılıb. Cinayətkarlardan biri Avstraliya vətəndaşıdır.