AZƏRBAYCAN » SİYASƏT
15 Mart 2019, 17:30 (GMT +4)

Mariya Zaxarova: Qarabağ münaqişəsi ilə bağlı danışıqların formatının dəyişdirilməsi yalnız tərəflərin razılığı ilə mümkündür

Bakı, 15 mart, SalamNews. ATƏT Minsk qrupunun həmsədr ölkəsi kimi Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllində danışıqlar prosesinin müzakirə formatı barədə dəfələrlə fikir bildirib, bu format yalnız tərəflərin razılığı əsasında dəyişdirilə bilər.

SalamNews xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Moskva-Bakı" portalının müxbirinə cavabında deyib.

"Rusiya Federasiyası ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi dəfələrlə danışıqlar formatı barədə danışıb, bu tərəflərin razılığı əsasında dəyişdirilə bilər. Əgər hər hansı bir mərhələdə Dağlıq Qarabağın danışıqlarda yenidən təmsil olunacağı barədə razılıq əldə edilərsə, bu, tərəflərin qərarı olacaq və biz bunu hörmətlə qarşılayacağıq", deyə o bildirib.