MDB ÖLKƏLƏRİ » SİYASƏT
19 Mart 2019, 17:37 (GMT +4)

Nazarbayev Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edəcək 

Bakı, 19 mart, SalamNews. Qazaxıstan Prezidenti səlahiyyətlərinin icrasını dayandıran Nursultan Nazarbayev Respublika Təhlükəsizlik Şurasına rəhbərlik edəcək.

"Bütün bu illərdə siz mənə güvəndiniz. Xalqıma xidmət etməkdən xoşbəxt oldum. Mən baş əyirəm və  təşəkkür edirəm. Xalqın əhdini yerinə yetirmək üçün yorulmadan çalışdım. Mən Təhlükəsizlik Şurası və "Nur Otan" partiyasına rəhbərlik edərək işlərimə davam edəcəyəm",  Nursultan Nazarbayev Qazaxıstan xalqına müraciətində deyib.

"Bu il mənim bu ən yüksək vəzifəni tutmağımın 30 ili tamam olacaq. Xalq mənə müstəqil Qazaxıstanın ilk prezidenti olmaq imkanını verdi", o qeyd edib.

SalamNews xəbər verir ki, Prezident seçkiləri keçirilənə qədər Qazaxıstan Prezidenti səlahiyyətlərini Parlament Senatının sədri Kasım-Jomart Tokayev yerinə yetirəcək.