AZƏRBAYCAN » İDMAN
28 Mart 2019, 15:37 (GMT +4)

Yığmalarımızın açıq məşqi baş tutacaq

Bakı, 28 mart, SalamNews. Güləş yığmalarımızın aprelin 8-dən 14-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatına hazırlığı davam edir.

AGF-dən SalamNews-a verilən məlumata görə, sərbəst və yunan-Roma güləşçilərimiz Bakıda, qadınlar isə Ukraynanın paytaxtı Kiyevdə təlim-məşq toplanışı keçir. Sabah sərbəst və yunan-Roma güləşi üzrə millilərimizin mətbuat üçün açıq məşqi baş tutacaq. Saat 11:00-da başlayacaq hazırlıq prosesini işıqlandırmaq üçün bütün media nümayəndələri Olimpiya Güləş Mərkəzinə dəvətlidir. 

Qeyd edək ki, sabah Avropa çempionatında iştirak edəcək yığmalarımızın heyəti də açıqlanacaq və brifinqdə KİV nümayəndələri suallarına cavab tapa biləcək.