DÜNYA » SİYASƏT
01 Aprel 2019, 12:58 (GMT +4)

Nepalda fırtına nəticəsində 28 nəfər həyatını itirib

Bakı, 1 aprel, SalamNews. Nepalın cənubunda tüğyan edən fırtınada az 28 nəfər ölüb.

Bu barədə "Associated Press" xəbər verir.

Polisin məlumatına görə, ölüm hallarımım əksəriyyəti divarların və ağacların insanların üzərinə aşması olub.

Qeyd edilir ki, ölkənin cənubundakı Bara və Parsa bölgələri fırtınadan ən çox zərər çəkən bölgələr olub.

SalamNews "RT"yə istinadən xəbər verir ki, elektrik enerjisinin təchizatı sistemi pozulub, ağaclar qırılıb, evlər və avtomobillər zədələnib.