AZƏRBAYCAN » İDMAN
03 Aprel 2019, 12:20 (GMT +4)

Qırğızstanda soydaşlarımızın “Azəri” komandası çempion olub

Bakı, 3 aprel, SalamNews.  Mart ayının 30 – 31-də Bişkekin Kaba uulu Kojomkul adına idman sarayında Qırğızstan Respublikasının Prezidenti Sooronbay Jeenbekovun dəstəyilə baş tutan ölkədə yaşayan xalqların diaspor təşkilatlarının arasında mini futbol turniri 2010-cu ildə Qırğızstanda baş verən Aprel inqilabı qəhrəmanlarının xatirəsinə həsr olunub.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən SalamNews-a verilən məlumata görə, 17 komandanın iştirak etdiyi turnirdə Azərbaycan diasporunu “Azəri” komandası təmsil edib.

Kəskin mübarizədə Ukraynalıların komandası - "Bereginya" - 0:1 hesabı ilə "Azeri" komandasına məğlub oldu.

Turnirin final oyununda “Azəri” komandası Qırğızstanın Dunqan Assosiasiyasının "Aleks" komandası ilə qarşılaşdılar. “Azəri” komandası mübarizə boyunca təşəbbüsə sahib idi. Onlar müdafiədə ehtiyatlı davranıb, rəqibinə gözlənilməz hücumlarla və yüksək sürətlə hərəkət etdilər. Hər iki komandanın həvəskar oyunçularının yüksək səviyyədə futbol göstərməyi tamaşaçılar üçün gözlənilməz oldu.

Turnirin əsas matçında yalnız bir qol vuruldu. Bu “Azeri” komandasının oyunçuları tərəfindən keçirildi və komandamız 1-ci yeri tutdu. Final oyunu zamanı yerli azarkeşlərin əksəriyyəti bizim komandaya rəğbət bəslədiklərini nümayiş etdiriblər.

Qırğızstan Xalqı Assambleyasına daxil olan yeganə azərbaycanlı legitim diaspor təşkilatı “Azəri” İctimai Birliyinin sədri Əzizağa Əliyev komandamız haqqında mətbuat işçilərinə dedi: «Bizim komanda bir neçə il bundan əvvəl yaradılmışdır. Biz idmana, xüsusilə də mini-futbola mümkün qədər çox həmyerlilər cəlb etməyə çalışırıq. Uşaqlar bu turnir üçün hərtərəfli hazırlaşdılar. Onlar ağır təlim keçirdilər».

Komandamızın üzvlərinə kuboku, medalları, diplomları və pul mükafatını Qırğızstanın Prezident Aparatının rəhbərinin birinci müavini Almaz Kenenbayev təqdim edib.
Qeyd edək ki, “Ən yaxşı oyunçu” nominasiyasına da “Azəri” komandasının təmsilçisi layiq görülüb.
Ölkənin KİV-ləri bu tədbiri geniş işıqlandırıb.