DÜNYA » İDMAN
05 Aprel 2019, 16:53 (GMT +4)

Tanınmış futbolçu Messinin atası polis tərəfindən saxlanılıb

Bakı, 5 aprel , SalamNews, B.Samid. Tanınmış futbolçu Lioniel Messinin atası Xorxe Messi Argentina polisi tərəfindən saxlanılıb.

SalamNews RT-ə istinadla xəbər verir ki, Argentina millisinin və Barselona futbol klubunun məşhur oyunçusu Messinin atası yol hərəkət qaydalarını pozduğuna və qəza vəziyyəti yaratdığına görə saxlanılıb.

"TN" telekanalının məlumatına görə, X. Messi Rosario şəhərində qəza vəziyyəti yaradaraq, bir motorsikleti və sürücüsünü vurub.

Motorsiklet sürücüsü müayinə edilib və vəziyyəti qənaətbəxşdir. Məşhur futbolçunun atasının sərbəst buraxılacağı deyilir.