AZƏRBAYCAN » İQTİSADİYYAT
08 Aprel 2019, 16:41 (GMT +4)

“Azəriqaz” “ASAN xidmət” vasitəsi ilə 83600-dən çox istehlakçıya xidmət edib

Bakı, 8 mart, SalamNews. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi ilin yanvar-mart ayları ərzində Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri vasitəsi ilə 83 600-dən çox istehlakçıya xidmət edib.

“Azəriqaz”dan SalamNews-a verilən məlumata görə, Birlik tərəfindən yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində istehlakçılardan daxil olan müraciətlər əsasında smart tipli sayğaclar ilə təchiz olunmuş istehlakçılara müvafiq xidmətlərin göstərilməsini, müraciətlərdən asılı olaraq şöbələrdən tələb olunan məlumatların əldə olunmasını və bu məlumatlar əsasında istehlakçılara xidmətlərin göstərilməsini təmin edib.

Bu ilin birinci rübü ərzində Bakı şəhəri üzrə 1 və 2 saylı “ASAN kommunal”, 4, 5 saylı “ASAN xidmət” mərkəzlərinə və “Səyyar ASAN” xidmətinə, bundan əlavə, Bərdə, Sabirabad, İmişli, Masallı, Qəbələ, Quba, Mingəçevir, Şəki, həmçinin Gəncə şəhərində yerləşən “ASAN xidmət” mərkəzlərinə, ümumilikdə, 83 682 müraciət daxil olmuş və bu müraciətlərin icrası tam təmin edilib.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonrada davam etdirəcək.