AZƏRBAYCAN » İDMAN
09 Aprel 2019, 16:08 (GMT +4)

Azərbaycan güləşçisi Avropa çempionu olub

Bakı, 9 aprel, SalamNews. Azərbaycan sərbəst güləşçisi Cəbrayıl Həsənov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

SalamNews TASS-a istinadən xəbər verir ki, 79 kq çəki dərəcəsindəki təcrübəli pəhləvanın finalda güləşəcəyi rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedov zədəli olduğu üçün idmançı qızıl medala layiq görülüb.

"Hacımaqomedovun aldığı zədə onun final görüşünə çıxmağına imkan verməyəcək. O hazırda sərbəst gəzə bilmir. Həkimin göstərişi ilə finaldan kənarlaşdırılıb", deyə Rusiya sərbəst güləş komandasının baş məşqçisi Cambolat Tedeev bildirib.