AZƏRBAYCAN » CƏMİYYƏT
11 Aprel 2019, 17:56 (GMT +4)

ETSN: Ağac kəsən cərimələnib

Bakı, 11 aprel, SalamNews. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Qusar rayonundakı Çiləgir kəndi ərazisində köküstə yaş müxtəlif cinsli 9 ağacın kəsildiyi aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən SalamNews-a verilən məlumata görə, araşdırma zamanı ağacların Çiləgir kənd sakini Nəriman İsgəndərov tərəfindən kəsildiyi məlum olunub.

Faktla bağlı təqsirkar barəsində protokol tərtib olunub və ona 2950 manat məbləğində cərimə tətbiq edilib.