DÜNYA » MƏDƏNİYYƏT
16 Aprel 2019, 10:33 (GMT +4)

Fransada Notr-Dam-de-Pari kilsəsinin bərpası üçün vəsait toplanır

Bakı, 16 aprel, SalamNews. Fransa Mədəni İrsin Qorunması üzrə Dövlət Fondu  Notr-Dam-de-Pari kilsəsinin bərpası üçün vəsait toplamağa başlayıb. Təşkilatın saytında "Notr-Damı xilas edək" adlı bölmə yaradılıb.

SalamNews RİA Novosti-yə istinadən xəbər verir ki, istifadəçilərə 50-500 avro məbləğində ianə vermək təklif edilir.

"Bütün ianələr tamamilə kilsənin bərpasına istifadə ediləcək",  saytdakı açıqlama deyilir.

Notr-Dam-de-Paridə güclü yanğın bazar ertəsi axşam başlayıb. Yanğın nəticəsində kilsənin qülləsi aşıb.

İlkin versiyaya görə, yanğın katedralda aparılan yenidənqurma işləri ilə əlaqədar baş verib.