DÜNYA » SİYASƏT
17 Aprel 2019, 17:28 (GMT +4)

Tramp: ABŞ-Meksika sərhədindəki divarın tikintisi artıq başlayıb

Bakı, 17 aprel, SalamNews. ABŞ prezidenti Donald Tramp, Meksikanın sərhədindəki divarın böyük hissələrinin tikintisinin artıq başladığını söyləyib.

"Konqresdəki Demokratlar, məzuniyyətlərindən geri dönməli və miqrasiya ilə bağlı qanunvericiliyi dəyişdirməlidirlər. Bu baş tutmasa sərhəd nəzarəti güclü olsa da vəziyyət yalnız pisləşəcəkdir.  Duvarın böyük hissəsi inşa edilir! ", - Tramp Twitter-də yazıb.

SalamNews "RİA Novosti"yə istinadən xəbər verir ki, Pentaqon, ABŞ ilə Meksika sərhədində divar tikintisi üçün aprelin 10-da iki şirkətlə milyard dollarlıq müqavilələr imzalayıb.