DÜNYA » CƏMİYYƏT
18 Aprel 2019, 11:43 (GMT +4)

Forbes Rusiyada 200 ən zəngin iş adamının siyahısını açıqlayıb

Bakı, 18 aprel, SalamNews. Forbes, Rusiyada 200 ən zəngin iş adamının siyahısını açıqlayıb.

SalamNews "RT"yə istinadən xəbər verir ki, "Novatek"in həmtəsisçisi Leonid Mikelson siyahıya liderlik edir. Onun sərvəti 24 milyard dollar dəyərində qiymətləndirib.

İkinci yerdə 21,3 milyard dollarlıq sərvəti ilə "NLMK"in rəhbəri Vladimir Lisin, üçüncü yerdə isə  20,7 milyard dollarla "LUKoyl"un rəhbəri Vahid Ələkbərov qərarlaşıb.

"Severstal"ın sahibi Aleksey Mordaşov dördüncü sıradadır. ($ 20,5 mlrd.)