RUSİYA » SİYASƏT
18 Aprel 2019, 13:58 (GMT +4)

Rusiya Dövlət Duması müharibə veteranlarına  pensiyaların artırmasına dair qanun qəbul edib

Bakı, 18 aprel, SalamNews. Rusiya Federasiyasının Dövlət Duması Böyük Vətən müharibəsi veteranları üçün pensiya ödənişlərinin hesablanması üzrə sistemə düzəlişi nəzərdə tutan qanun qəbul edib. 

SalamNews RİA "Novosti"yə istinadən bildirir ki, orta hesabla ödənişlər ayda 9 500 rubl artırılmalıdır.

Nazirlər Kabineti 2019-cu ildə bu məqsədlər üçün 0.95 milyard rubl və sonrakı illərdə 1,42 milyard dolları ayırmağa hazırdır.