DÜNYA » SİYASƏT
20 Aprel 2019, 12:50 (GMT +4)

Bu gün Ukraynada "sükut günü"dür

Bakı, 20 aprel, SalamNews. Ukraynada 21 aprel tarixində keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı olaraq bu gün ölkədə "sükut günü" elan edilib. 

"Seçki kampaniyası seçki günündən 24 saat əvvəl başa çatır", - prezident seçkiləri haqqında qanunun 57-ci maddəsində deyilir.

SalamNews "İnterfax"a iistinadən xəbər verir ki, sonuncu gün hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, seçki bülletenlərinin yayılması, seçki plakatlarının yapışdırılması qadağan edilib.