AZƏRBAYCAN » İDMAN
26 Aprel 2019, 10:55 (GMT +4)

Mika Salo Azərbaycan Qran-Prisinin üçüncü stüardıdır

Bakı, 26 aprel, SalamNews.Formula 1 çempionatının sabiq pilotu Mika Salo Azərbaycan Qran-Prisinin üçüncü stüardı qismində Beynəlxalq Avtomobil Federasiyasına (FIA) dəvət edilib.

SalamNews xəbər verir ki, mübahisəli vəziyyətlərin araşdırılmasına Mika Salo ilə bərabər “DMSB” Almaniya Assosiasiyasının nümayəndəsi doktor Gerd Ennzer və FIA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şett də cəlb ediləcək.

Bu il Avstraliya Qran-Prisində Denni Sallivan, Bəhreyndə Emanuele Pirro və Çində Derek Uorik dəvət edilmiş stüardlar olublar.