DÜNYA » SİYASƏT
25 Aprel 2019, 17:50 (GMT +4)

Zaxarova Zelenskinin dil haqqında qanunla bağlı açıqlamasını şərh edib

Bakı, 25 aprel, SalamNews. Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Facebook" sosial şəbəkəsində Ukraynada prezident seçkilərinin ikinci turunun qalibi  Vladimir Zelenskinin ölkədə müstəsna şəkildə ukrayna dilinin istifadəsi ilə bağlı Ali Rada tərəfindən qəbul edilmiş qanuna münasibətini şərh edib.

SalamNews RT-ə istinadən xəbər verir ki, Zelenski bildirib ki, dövlət Ukrayna dilinin inkişafına töhfə verməlidir, ancaq bunu qadağalarla deyil, stimul yaratmaqla etməlidir.

Zaxarova Ukrayna sakinlərinə "stimul" sözünün mənasını xatırlatmaq qərarına gəlib:

"Stimul -Latın dilindən tərcümə olunur ... ucu iti kəskin metaldan hazırlanmış çubuq, bununla arabaya qoşulmuş öküzü qovurdular. Əlbəttə ki, heç kim öküzə qadağa qoymamışdı, o hər şeyi özü edirdi, ancaq ağrı hiss etdiyi üçün edirdi".