DÜNYA » HADİSƏLƏR
30 Aprel 2019, 11:22 (GMT +4)

Güclü qasırğa Kərbəla və Nəcəfdə dağıntılar törədib - Azı 6 nəfər həlak olub (FOTO)

Bakı, 30 aprel, SalamNews, B.Samid. Ötən gün İraqın Kərbəla və Nəcəf əyalətləri güclü külək və qasırğanın şahidi olub.

SalamNews  Sumariya Agentliyinə istinadla xəbər verir ki, İraqın səhiyyə mənəbləri güclü qasırğanın fəsadlarından dolayı Kərbəlada 4 nəfərin, Nəcəfdə isə 2 nəfərin həlak olduğunu bildiriblər.

Onlarla şəxs müxtəlif dərəcələrdə xəsarətlər alaraq xəstəxanalara yerləşdirilib.

Güclü qasırğa iki əyalətdə xüsusilə də Kərbəla və Nəcəf şəhərlərində maddi xəsarətlərə səbəb olub. Çoxlu sayda elektrik və reklam dirəkləri aşıb. Evlərə və obyektlərə ziyanlar dəyib.