AZƏRBAYCAN » İQTİSADİYYAT
03 May 2019, 12:22 (GMT +4)

DGK: “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir

Bakı, 3 may, SalamNews. “Qırmızı Körpü” gömrük postu normal iş rejimində fəaliyyət göstərir.

SalamNews xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat və ictimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

Məlumatda bildirilir ki, mayın 2-də saat 19:35-dən etibarən Qərb Ərazi Baş Gömrük İdarəsinin Gürcüstanla sərhəddə yerləşən "Qırmızı Körpü" gömrük postunda şəxslərin və nəqliyyat vasitələrinin keçidində müvəqqəti məhdudiyyət yaranmışdı. Məhdudiyyətin yaranmasına Gürcüstanın sərhədkeçmə proseslərini tənzimləyən müvafiq idarəetmə sistemində baş verən nasazlıq səbəb olmuşdu. Mayın 2-si saat 23:30-da baş verən nasazlıq aradan qaldırılıb, şəxslərin və nəqliyyat vasitələrinin keçidi tam bərpa olunub.

Hazırda həmin gömrük postu normal iş rejimində fəaliyyət göstərir.