AZƏRBAYCAN » İQTİSADİYYAT
03 May 2019, 16:10 (GMT +4)

Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Bakı, 3 may, SalamNews.Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

SalamNews banka istinadla xəbər verir ki, mayın 1-nə AMB-nin valyuta ehtiyatları 5 milyard 789 milyon ABŞ dolları olub. Bu, ötən ayın müvafiq göstəricisi ilə müqayisədə 10,4 milyon dollar çoxdur.

Son bir ildə bankın valyuta ehtiyatları 323,2 milyon dollar artıb.