AZƏRBAYCAN » İDMAN
06 May 2019, 11:07 (GMT +4)

Nazir: Avropa liqasının final oyunu ilə bağlı azarkeşlərin yerləşdirilməsində heç bir problem olmayacaq

Bakı, 6 may, SalamNews, K.Orxan. UEFA Avropa liqasının final oyunu ilə bağlı Azərbaycana gələcək azarkeşlərin yerləşdirilməsində heç bir problem yaranmayacaq.

SalamNews xəbər verir ki, bunu Gənclər və idman naziri jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, otellərdə 17 mindən artıq otaq var:

"Nəzərə alsaq ki, bəzi otaqlarda 2 nəfər qala bilər bu onu göstərir ki, azarkeşlər otellərdə tam şəkildə yerləşdirə bilərlər. Təcrübə göstərir ki, həm də Bakıda son illər çoxlu mənzillər kirayə verilir. Bunun üçün xüsusi saytlar fəaliyyət göstərir. Formula 1 yaşına baxmaq üçün gələn qonaqlarda bu mənzillərdən tam şəkildə istifadə ediblər. Yenə də turistlər bu mənzillərdən istifadə edəcəklər".