AZƏRBAYCAN » CƏMİYYƏT
10 May 2019, 11:26 (GMT +4)

Tələbələr Azərbaycandakı Beynəlxalq Miqrasiya Təşkilatını özləri üçün kəşf edir

Bakı, 10 may, SalamNews. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Missiyasının rəhbəri Vladimir Qyorqiyevin Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının icra etdiyi "BMT-ni öyrənərək kəşf et" adlı layihəsi çərçivəsində 30-a yaxın tələbələrlə görüşərək onlar üçün təmsil etdiyi təşkilatın təqdimatını keçirib

SalamNews-un məlumatına görə, çıxışında V.Qyorqiyev iştirakçılara BMqT-nin tarixi, prinsipləri, təşkilatın qlobal layihələri, beynəlxalq, regional və ölkə daxili məsələlərdə onun rolu, nailiyyətləri, beynəlxalq və regional miqrasiya prosesləri, miqrantların potensialları və onların cəmiyyətə töhfəsi barədə ətraflı məlumatlar verib.

Tələbələr BMqT-nin Azərbaycandakı Missiyasının ölkəmizdə həyata keçirdiyi və yerli qanunvericiliyin təkmilləşdirilməsi, sərhədlərin idarə edilməsi, qeyri-qanuni miqrasiyanın qarşısının alınması, icmaların inkişafı, miqrantların könüllü qaytarılması və reinteqrasiyası, kəhrizlərin bərpasını nəzərdə tutan layihələrə böyük maraq göstəriblər.

Tədbirin sonunda Vladimir Qyorqiyev iştirakçıların suallarını cavablandırıb.