AZƏRBAYCAN » İQTİSADİYYAT
16 May 2019, 14:25 (GMT +4)

“ABAD”-ın yeni eksklüziv məhsulları Beynəlxalq Qida sərgisində təqdim olunur

Bakı, 16 may, SalamNews. Mayın 15-i Bakı Ekspo Mərkəzində 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “WorldFood Azerbaijan 2019” sərgisi açılıb.

SalamNews xəbər verir ki, sərgidə “ABAD” publik hüquqi şəxs öz stendi ilə təmsil olunur. Bu il də “WorldFood Azerbaijan 2019”da ABADçı ailələrinin istehsal etdiyi yeni məhsulları eksklüziv olaraq sərgilənib.

Onlar arasında bir neçə çeşiddə pendirlər, badımcan kürüləri, pomidor turşusu, yağlar, meyvə şirələri, kəsmiklər, kolbosalar, meyvə quruları, qara çay və bal məhsulları dequstasiya masasında maraqla qarşılanıb.

Qeyd edək ki, sərgi mayın 17-dək davam edəcək.