DÜNYA » SİYASƏT
16 May 2019, 16:27 (GMT +4)

ABŞ-la gərginlik fonunda Ayətullah Xamenei Sepah-a yeni komandan müavini təyin edib

Bakı, 16 may, SalamNews, B.Samid. İran İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei Sepah-ın sabiq dəniz qüvvələri komandanını ölkənin bu mühüm hərbi qurumunun komandan canişini postuna təyin edib.

SalamNews  FarsNews-a istinadla xəbər verir ki, Ayətullah Xamenei Əli Fədavini Sepah-ın baş komandan müavini postuna təyin edib.

Ayətullah Xamenei eyni zamanda "Bəsic" təşkilatının sabiq sədri briqada generalı Məhəmmədrza Nəqdini də İran İslam İnqilabı Keşikçilər Ordusunun Koordinasiya bölməsinin rəhbəri vəzifəsinə təyin edib.

Qeyd edək ki, Ayətullah Xamenei bir müddət öncə Sepah-ın baş komandanı postuna da yeni şəxs təyin edib. Ayətullah Xamenei Sepah-ın yeni baş komandanı Hüseyn Səlamiyə ordu başçısı hərbi rütbəsi verib.