DÜNYA » SİYASƏT
16 May 2019, 17:14 (GMT +4)

Rusiya səfirliyi Yəməndə rusiyalı qadınların xəsarət aldığına dair məlumatları yoxlayır

Bakı, 16 may, SalamNewsHazırda Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyadda yerləşən Rusiyanın Yəmən səfirliyi, ərəb koalisiyasının Sanaya hava hücumları nəticəsində iki rusiyalı qadının xəsarət aldığına dair məlumatları yoxlayır. Bu "RT" diplomatik missiyaya istinadən məlumat verir.

"Al Masirah" televiziya kanalının məlumatına görə, hava hücumları nəticəsində xəsarət alanlar arasında bu bölgədə yaşayan iki rusiyalı qadın da olub.

SalamNews xəbər verir ki, onların xəstəxanaya yerləşdirildiyi qeyd edilib.

Televiziya kanalının məlumatına əsasən, ərəb koalisiyası Sanada yaşayış məntəqəsini bombalayıb, nəticədə 6 nəfər ölüb, onlarla insan yaralanıb.