DÜNYA » SİYASƏT
20 May 2019, 09:47 (GMT +4)

İranla müharibə fikrim yoxdur, mən bunu iqtisadi yolla edirəm - Donald Tramp

Bakı, 20 may, SalamNews, B.Samid. "İranla müharibə aparmaq fikrində deyiləm, amma eyni zamanda onlara nüvə silahına malik olmağa da icazə verməyəcəyik. Mən İranla müharibəni iqtisadi yolla aparıram."

SalamNews BBC-ə istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Ötən gün FoxNews-a verdiyi müsahibədə ABŞ prezidenti bildirib ki, İranla müharibə aparmaq fikrində deyil.

O vurğulayıb ki, əgər bu müharibə aparılırsa istisadi yolla baş tutmalıdır.

Qeyd edək ki, ABŞ prezidenti eyni zamanda twitter səhifəsində də İranla ölkəsi arasında olan gərginlikdən söz açıb və İranı təhdid edib.

"Əgər İran müharibə istəyirsə, bu rəsmən onun sonu olacaq. Bundan sonra ABŞ-ın təhdid etmə!" deyə Donald Tramp İranı təhdid edib.

Xatırladaq ki, ötən gün İran İslam İnqilabının Keşikçilər Ordusunun baş komandanı Hüseyn Səlami də çıxışlarının birində ölkəsinin ABŞ-la müharibə etmək niyyətində olmadığını bildirib və lakin hər bir təcavüzə lazımi şəkildə cavabın veriləcəyini deyib.