AZƏRBAYCAN » SİYASƏT
20 May 2019, 17:50 (GMT +4)

Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edib

Bakı, 20 may, SalamNews.Prezident İlham Əliyev Zurab Seretelini “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

SalamNews xəbər verir ki, sərəncama əsasən, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə görə Zurab Konstantinoviç Sereteli “Dostluq” ordeni ilə təltif edilib.

Qeyd edək ki, Z.Sereteli Rusiya Rəssamlıq Akademiyasının prezidenti, SSRİ Xalq rəssamı, tanınmış heykəltəraşdır.