AZƏRBAYCAN » İQTİSADİYYAT
22 May 2019, 14:04 (GMT +4)

Bu il ölkəyə 11,7 minədək avtomobil idxal olunub

Bakı, 22 may, SalamNews.Cari ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 11 min 695 olub.

Dövlət Gömrük Komitəsindən (DGK) SalamNews-a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 53-ü sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitəsi, 10 min 614-ü əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi, 974-ü yük daşımaq üçün motorlu nəqliyyat vasitəsi, 54-ü isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsidir.