DÜNYA » SİYASƏT
24 May 2019, 09:23 (GMT +4)

Pentaqon Yaxın Şərqə əlavə qoşun göndərmək imkanını nəzərdən keçirir

Bakı, 24 may, SalamNews. ABŞ Müdafiə naziri vəzifəsini icra edən Patrik Şanahan, Pentaqonun Yaxın Şərqə əlavə qoşun göndərmək ehtimalı barədə  düşündüyünü təsdiq edib. SalamNews bu barədə TASS-a istinadən xəbər verir.

"Hazırda Yaxın Şərqdə qüvvələrimizin qorunmasını gücləndirmək üçün nə edə biləcəyimizi nəzərdən keçiririk. Əlavə qoşun göndərməyə ehtiyac yara bilər", Sanahan deyib.

"Reuters" xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi, İranla bağlı vəziyyətə görə bölgəyə əlavə 5 minlik qoşun göndərmək ehtimalını nəzərdən keçirir.