AZƏRBAYCAN » İQTİSADİYYAT
24 May 2019, 17:19 (GMT +4)

“McKinsey&Company” “Azərenerji”nin məsləhətçisi olub

Bakı, 24 may, SalamNews. “Azərenerji” ASC modernləşdirmə istiqamətində xüsusi addım ataraq dünyanın aparıcı 10 konsaltinq şirkətlərindən biri hesab olunan “McKinsey&Company” ilə məsləhətçi xidmətlərin göstərilməsi üçün 3 illik müqavilə imzalayıb.

Bu barədə SalamNews-a ASC-dən məlumat verilib.

Müqaviləyə əsasən “McKinsey&Company” modernləşdirmə işləri, yeni generasiya güclərinin yaradılması, elektrik stansiyalarının tikilməsi, enerjisitemin idarəetməsi, idxal-ixrac məsələləri, Strateji Yol Xəritəsinə uyğun olaraq “Azərenerji”nin hədəflərinə çatmaq və digər məsələlərdə məsləhətçi funksiyasını həyata keçirəcək.