DÜNYA » SİYASƏT
28 May 2019, 10:48 (GMT +4)

Mahmud Abbas: Fələstinlilər ümidini milyardlara satmaz

Bakı, 28 may, SalamNews. Fələstin Dövlət Başçısı Mahmud Abbas, Fələstin dövlətçiliyinin ləğvini  nəzərdə tutan "əsrin müqaviləsini" həyata keçirmək məqsədi ilə Bəhreyndə iqtisadi forumun keçirilməsini pisləyib. SalamNews xəbər verir ki, bu barədə Fələstin xəbər agentliyi "WAFA" məlumat yayıb. 

"Əsrin müqaviləsi" və Bəhreyn forumuna lənət olsun!", deyə Abbas Ramallah şəhərində Fələstin səlahiyyətlilərinin nümayəndələri ilə görüşdə bildirib.

Onun fikrincə, İsrail-Fələstin münaqişəsi yalnız siyasi yollarla həll edilə bilər.

"Biz ümidlərimizi milyardlara satmırıq. Bu qəbul edilə bilməz "deyə Abbas qeyd edib.