DÜNYA » SİYASƏT
28 May 2019, 11:43 (GMT +4)

Mahmud Abbas ABŞ-ın Fələstinlə bağlı toplantısına münasibət bildirib: Cəhənnəm olsun

Bakı, 28 may, SalamNews, B.Samid. "Biz öz məsələmizi addım addım irəliyə aparacağıq. İnşaallah paytaxtı Qüds olan müstəqil Fələstin dövlətinə nail olacağıq. (ABŞ-ın) ar sazişi olan Əsrin sazişi planı cəhənnəm olsun. Onların gələn ay məsələ ilə bağlı keçirmək istədiyi itisadi toplantısı və layihəsi də cəhənnəm olsun"

SalamNews Fələstin İnformasiya Agentliyi VƏFA-a istinadla xəbər verir ki, bunu Fələstin Muxtariyyətinin lideri Mahmud Abbas deyib.

Mahmud Abbas ABŞ-ın gələn ay Fələstinlə bağlı Bəhreyndə keçirmək istədiyi iqtisadi toplantını kəskin şəkildə tənqid edib.

Fələstin Muxtariyyətinin lideri bildirib ki, bu toplantı və onun nəticələri əsla qəbul etməyəcək.

"Fələstin münaqişəsinin həllini istəyənlər birinci siyasi məsələləri həll etməlidir, milyardlarla dollarlıq xülyanı fələstinlilərə satmaq və iqtisadi layihələrlə deyil. Bizim məsələ siyasidir, iqtisadi deyil", deyə Mahmud Abbas digər dövlətləri bu toplantını boykot etməyə çağırıb.

Qeyd edək ki, ABŞ hökuməti Fələstin-İsrail münaqişəsi ilə bağlı “Yaxın Şərqdə sülh” (əsrin sazişi) planını ramazandan sonra açıqlayacağını bildirib. Məlumata görə bu planda fələstinlilərin əsas tələbi olan Fələstin dövləti, qaçqınların öz evlərinə dönməsi və sair mühüm tələblər yer almayıb. ABŞ sözügedən planın birinci mərhələsi kimi Bəhreyn toplantısını gələn ay keçirəcək.