DÜNYA » HADİSƏLƏR
30 May 2019, 10:36 (GMT +4)

Ukraynada helikopter qəzası baş verib, 4 nəfər ölüb

Bakı, 30 may, SalamNews. Ukraynada Roven bölgəsində hərbi vertolyot Mi-8 qəzaya uğrayıb. Hadisə nəticəsində ilkin məlumatlara görə 4 nəfər ölüb.

SalamNews RT-ə istinadən xəbər verir ki, bu barədə Facebook-da Ukrayna quru qoşunlarının mətbuat xidmətinin məlumatında deyilir.

"Aviasiya qəzası nəticəsində ilkin məlumatlara görə, Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının ordu  komandiri ilə birgə dörd ekipaj üzvü həlak olub", məlumatda deyilir.

Hadisənin səbəbləri araşdırılır.