AZƏRBAYCAN » RAMAZAN
31 May 2019, 11:20 (GMT +4)

Heydər Əliyev Fondu Füzulidə iftar süfrəsi təşkil edib

Bakı, 31 may, SalamNews.Heydər Əliyev Fondu tərəfindən İslamın ən şəfqətli və müqəddəs ayı hesab edilən Ramazan ayı münasibətilə Füzuli rayonunun Horadiz şəhərində iftar süfrələri açılıb.

SalamNews  xəbər verir ki, şəhid ailələri, Qarabağ əlilləri, oruc tutanlar, imkansız ailələr və dindarların iştirak etdiyi iftar mərasimində Ramazan ayının fəzilətlərindən danışılıb, Qurani-Kərimdən ayələr oxunub, dualar edilib, şəhidlərin ruhu yad olunub.

Çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi və Birinci xanım Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə həyata keçirilən işlərdən, milli-mənəvi dəyərlərə göstərilən diqqət və qayğıdan danışıb, saflıq və mərhəmətin rəmzi olan bu ayda xalqımıza əmin-amanlıq, ruzi-bərəkət arzulayıblar. Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən təşkil olunan iftar süfrələri ölkəmizdə hökm sürən milli-mənəvi həmrəyliyi, ənənəvi tolerantlığı və xalqımızın sıx birliyini nümayiş etdirir.