DÜNYA » HADİSƏLƏR
31 May 2019, 12:06 (GMT +4)

Əfqanıstanda NATO konvoyuna hücum edilib, ölənlər var

Bakı, 31 may, SalamNews. Kabulda NATO konvoyuna hücum edilib. Məlumata əsasən, partlayıcı yüklənmiş nəqliyyat vasitəsi NATO konvoyundakı avtomobillərə çırpılıb. SalamNews xəbər verir ki, hadisə nəticədə 4 nəfər həlak olub.

Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nasrat Rahimi "Anadolu" agentliyinə bildirib ki, hadisə Yek Tut rayonu ərazisində baş verib.

İlkin məlumatlara görə, hadisə nəticəsində üç yerli sakin yaralanıb.

NATO qoşunları arasında zərərçəkənlər və ya yaralananlar yoxdur.

"Taliban" hərəkatı hücuma görə məsuliyyəti üzərinə götürüb. "Taliban" hadisədə 10 NATO əsgərinin öldürüldüyünü açıqlayıb.