AZƏRBAYCAN » CƏMİYYƏT
01 İyun 2019, 13:27 (GMT +4)

ASAN xidmət mərkəzlərində 1 İyun həyəcanı (FOTOLAR)

Bakı, 1 iyun, SalamNews. ASAN xidmət mərkəzlərində Uşaqların Beynəlxalq Müdafiəsi Günü özünəməxsus şəkildə qeyd olunub.

SalamNews xəbər verir ki, MrASANT xidmətə gələn balacaları təbrik edib.

Xatırladaq ki, qarışqa fəlsəfəsi “ASAN xidmət”in maskotu üçün obraz seçilib. Qarışqa çalışqanlıq, zəhmətkeşlik, məsuliyyət, pozitivlik və komanda işini təcəssüm etdirir.

Maskotun adı Mr.ASANT kimi seçilib. Bu ad ASAN və ANT (ingilis dilindən tərcümədə - qarışqa) sözlərinin kombinə edilməsidir.