DÜNYA » HADİSƏLƏR
04 İyun 2019, 16:10 (GMT +4)

Avstraliyada naməlum şəxsin hücumu nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb

Bakı, 4 iyun, SalamNews. Avstraliyanın şimalındakı Darvin şəhərində atışma baş verib. Silahlı insident  nəticəsində 4 nəfər ölüb, 2 nəfər yaralanıb. Bu barədə "9News" agentliyi  polis idarəsinə istinadən xəbər verir.

SalamNews xəbər verir ki, təcavüzkar şəhərin motellərindən birinə daxil olaraq ətrafdakılara tüfəngdən atəş açıb.

Cinayətkar moteli tərk etdikdən bir saat sonra polis tərəfindən saxlanılıb.

Hadisə qurbanlarının sayı beşə yüksələ bilər.