DÜNYA » DİN
07 İyun 2019, 17:55 (GMT +4)

Afinada ilk məscidin tikintisi başa çatıb

Bakı, 7 iyun, SalamNews. Yunanıstanın paytaxtı Afinada ölkə müstəqillik qazandıqdan sonra ilk məscidin tikintisi başa çatıb. Yunanıstanın təhsil və dini işlər naziri Kostas Qavroğlu işlərin gedişatı barədə məlumat almaq üçün məscidi ziyarət edib.

SalamNews xəbər verir ki, bu barədə Yunanıstanın Təhsil Nazirliyi məlumat yayıb.

"Bu, ölkəmiz üçün çox mühüm bir gündür. Bir çox maneələrdən sonra biz ölkədə məscid tikə bildik" - deyə Qavroğlu qeyd edib.

Onun sözlərinə görə, məsciddə ilk namazqılma mərasimi sentyabr ayında baş tutacaq. Ancaq Qavroğlu eyni zamanda bunun avqustun 16-da baş verəcəyi ehtimalını da istisna etməyib.