DÜNYA » SİYASƏT
11 İyun 2019, 15:05 (GMT +4)

Bəhreyn hökuməti ölkənin yeganə müstəqil qəzetinin binasını dağıdıb (FOTO)

Bakı, 11 iyun, SalamNews, B.Samid. Bəhreyn hökuməti əl-Vəsət qəzetinin yayımına qadağa qoyduqdan iki il sonra onun binasını da dağıdıb.

SalamNews  bu barədə Bəhreyn mətbuatına istinadla xəbər verir.

Bildirilib ki, Bəhreyn hökuməti ötən gün əl-Vəsət qəzetinin binasını buldozerlərlə dağıdıb.

Qəzet 2011-ci ilin aksiyalarından müxalifət yönümlü yazılar dərc edirdi. Nəhayət 2017-ci ildə onun faəliyyəti tamamilə qadağan edilib.

Qəzet hal-hazırda yalnız elektron formatda fəaliyyətini davam etdirir.