DÜNYA » SİYASƏT
11 İyun 2019, 15:47 (GMT +4)

İran yerli Kövsər hərbi təyyarələrinin istehsalını artırmaq istəyir

Bakı, 11 iyun, SalamNews, B.Samid. "İranın Müdafiə Nazirliyi Kövsər hərbi təyyarələrinin istehsalını artırmaq niyyətindədir."

SalamNews  əl-Aləmə istinadla xəbər verir ki, bunu İranın müdafiə naziri Əmir Hatəmi deyib.

İsfahanda Müdafiə Nazirliyinin hərbi sənaye obyektlərinə baş çəkən müdafiə naziri burada Kövsər hərbi təyyarələrinin zavodunda da olub.

İranlı nazir bildirib ki, ölkəsi bu milli hərbi təyyarələrin istehsalını artırmaq istəyir.

Qeyd edək ki, İranın müdafiə sənayesi bu yerli təyyarələri ötən ilin noyabrından ölkənin Hərbi Hava Qüvvələrinə təhvil verməyə başlayıb.

Qərbin mütəxəssisləri təyyarənin döyüş qabiliyyətlərinin zəif olduğunu, lakin İran Aviasiya Sənayesi üçün təcrübə nöqteyi-nəzərindən ciddi bir irəliləyiş olduğunu bildirirlər.